ÜMUMİ MƏLUMAT
«StarsPlast» brendi, plastik sənayedə mallarının keyfiyyətini, estetikasını və funksiyalarını artırmaq məqsədi ilə Azercan Holdinq tərəfindən yaradılmışdır.
İstehsalda Qlobal Standartlar
«StarsPlast» -ın əsas prinsipi yüksək keyfiyyətli plastik və məişət məhsulları təmin etmək və xammal mərhələsindən başlayaraq son məhsulun istehsal olunduğu mərhələyə qədər istehsalın bütün mərhələlərində insan sağlamlığını daima nəzərə alaraq davamlı olaraq yeni modellər istehsal etməkdir. «StarsPlast» ən son istehsal maşınları ilə təchiz olunmuş Bakıda yerləşən fabrikində beynəlxalq standartlara cavab verən məhsullar istehsal edir.
AZƏRBAYCANDAN DÜNYAYA
«StarsPlast» istehsal etdiyi malların böyük hissəsini ixrac edir. Mallar əsasən Rusiya, Belorusiya, Gürcüstan, Qazaxıstan, Almaniya və Ukraynaya ixrac olunur, əsas idxalçı isə Rusiyadır. Əsas diqqət hər zaman müştəri məmnuniyyətinə və «StarsPlast» -ın Sənaye lideri olmasına kömək edəcək məhsulların keyfiyyətinə verilir.